!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: "Maskanı qaldırıb, üzümdən öpür"

!Reklam – Yazi

“Yolda gedirəm, adamlar baxmır ki, pandemiyadır, maskasını qaldırıb, üzümdən öpür. İnsanların bu qədər sevgisini görəndə öz-özümə deyirəm, ay Allah, məni nə qədər bəxtəvər yaratmısan”.

Bunu Yenicag.az-a açıqlamasında doğum günü olan xalq artisti, tanınmış diktor Ofeliya Sənani təəssüratlarını bölüşərkən deyib.

O.Sənani səhhəti ilə bağlı narahatlıqları olsa da, bu sevginin onu yaşaydığını deyir:

“Əvvəllər yeriyəndə mənə çatan olmazdı. İndi ayaqlarımı güclə sürüyürəm. Amma insanların məhəbbəti mənə güc, enerji verir. Buna görə qurban olum Allaha”.

O, həyatının ən böyük sevgisi olan mərhum həyat yoldaşını da xatırlayıb:

“Valid üçün çox darıxıram. Təkcə bu gün yox, hər gün, hər saat. Heç vaxt dükan-bazar tanımamışam, Valid məni xanım kimi saxlayıb. Bu səhər gözüm onu axtardı. Həmişə doğum günümdə mənə gül dəstəsi bağışlayırdı, bilirdi ki, çiçəkləri çox sevirəm. Artıq neçə illərdir ki, o çiçək dəstəsini ondan ala bilmirəm”.

Cəvahir

www.yenicag.az

959
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv