Xalq artisti QƏZƏBLƏNDİ: “Bu görüntüləri çəkib paylaşan adam…” – FOTO

“Əminəm ki, hər iki tərəf üçün bizim hörmətli hüquq mühafizə orqanlarımız üçüncü tərəfi də nəzərə alacaqlar”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Xalq artisti Könül Kərimova həmkarı ilə mühafizəçi arasında baş verən hadisəyə münasibət bildirərkən belə deyib.

O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək sənət dostunun müdafiəsinə qalxıb:

“Həyatda hər şey insan üçündür. Hər insanın başına hər iş gələ bilər. Amma bunu bu şəkildə paylaşmaq düzgün deyil. Ola bilərdi, yarım saat, bir saat sonra hər iki tərəf sakitləşib, bir-birindən üzr istəyib, barışacaqdılar. Ehtimallar sırasından belə düşünürəm.
Əminəm ki, hər iki tərəf üçün bizim hörmətli hüquq mühafizə orqanlarımız üçüncü tərəfi də nəzərə alacaqlar. Yəni, bu görüntüləri çəkib paylaşıb, bu qədər səs-küyə səbəb olan adamı.
Hər iki tərəfə barışıq arzu edirəm. Necə deyərlər, dünya fani, ölüm ani”.

Nehru

COP29