!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: "Sapojki"mə su dolurdu, gecə peçdə qurudub, səhər dərsə geyinirdim”

!Reklam – Yazi

“Biz bu sənətə pul qazanmaq eşqi ilə gəlməmişik. O qədər çətinliklər görəndən sonra sənət aləmində tanındım və sonra, təbii ki, əməyimin qazancı da oldu. Vaxt olub “sapojki”mə su dolurdu, gecə peçin qırağında qurudub, səhər dərsə geyinib getmişəm…”

Bunu tanınmış xanəndə Xalq artisti Nəzakət Teymurova Yenicag.az-a açıqlamasında deyib.

Muğam televiziya müsabiqəsinin münsiflər heyətində təmsil olunan sənətçi xanəndə olmaq istəyən gənclərə səslənib:

“Son illər muğama böyük meydan verilir. Nə qədər bölgələrimizdə muğam evləri fəaliyyət göstərməyə başladı, muğamımız dünyada tanınır. Gənclərə tövsiyə edərdim ki, sənətə gələn kimi pul-para barədə düşünməsinlər. Əvvəlcə musiqinin incəliklərini öyrənsinlər, bu çətin yolda addımlayandan sonra qazanc da olacaq. Əsas odur, muğamı istər ölkəmizdə, istərsə də ölkə kənarında layiqincə təmsil edəsən. Bəzən pula, qazanca görə baxırsan ki, gənclər bayağı musiqinin ardınca gedirlər. Asan yolu seçirlər. Amma onları əmin edirəm ki, əsil sənətkar kimi yetişəndən sonra pul da olacaq. Biz də bu səviyyəyə elə-belə gəlib çıxmamışıq. Qəpik-quruşa oxuduğumuz vaxtlar olub. Ümid edirəm ki, muğam müsabiqəsindən gözəl səsə malik gəncləri seçib musiqi aləmində tanıdacağıq. Bu müsabiqədən çıxan gənclərin çoxu indi fəxri adlarla təltif olunublar, Opera teatrında çalışırlar, Azərbaycan muğamını dünyada tanıdırlar. Eyni zamanda, zəhmətləri müqabilində pul da qazanırlar”.

Cəvahir

COP29

www.yenicag.az

1270
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv