!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistinin ƏN BÖYÜK ARZUSU: “Çox istəyirəm bunu edim”

!Reklam – Yazi

“İndi o taqətim yoxdur ki, filmə çəkilim. Amma ən böyük arzumdur ki, özüm bir film çəkim və istədiyim, dəyər verdiyim aktyorları o filmə çəkim”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov deyib:

“Uzun müddətdir ki, yaradıcılığımda yenilik yoxdur. Əlbəttə bu, məni sıxır. Yaradıcı insan sənətdən kənarda qalanda özünü sudan çıxmış balıq kimi hiss edir. Amma sənət aləmindəki durum əvvəlki illərdən çox fərqlənir.

Yeni nəslin bu sahəyə münasibəti məni qane etmir. Onlarla işləmək istəmirəm. Buna görə də çəkilib oturmuşam bir kənarda. Amma özüm bir film çəkmək arzusundayam. Vaxtilə eyni filmdə rol aldığım və bərabər çalışdığım köhnə sənət adamlarını başıma yığmaq istəyirəm. Amma bu arzumun da gerçəkləşməsi sual altındadır. Çünki uğurlu bir filmin ərsəyə gəlməsi üçün maliyyə lazımdır. O büdcə isə hələlik yoxdur. Gözləyirəm”.

Bir neçə ildir ki, səhhətində problemlər yaşayan aktyor sağlıq durumundan da danışıb:

“Mütəmadi olaraq dava-dərman qəbul edirəm. Yaddaşımda problemlər var, yuxu rejimim çox pisdir. Amma əvvəlki kritik dumum geridə qalıb. Çox şükür indi yaxşıyam”.

Cəvahir

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv