Xalq artistinin FƏRYADI: "Mən "Karlson" deyiləm, damdan o dünyaya köçmək istəmirəm!"
“Mən, Şeyx Əbdül damdan o dünyaya köçmək istəmirəm”.
Bu sözləri Xalq artisti, tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyov Yenicag.az-a açıqlamasında deyib.
Səhhətində problemləri olan və həkim nəzarətində müalicə alan Şeyx Əbdül illərlə mübarizə aparmasına baxmayaraq, hələ də damda yaşadığını bildirib.
O, rəsmi qurumlara müraciət edərək probleminin həll olunmasını tələb edib:
“Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, illərini kinoya həsr edən bir adam – Şeyx Əbdül Mahmudbəyov bu gün Karlson kimi binanın mansarında, yəni damda yaşayıram. Xəstə adamam, canımla əlləşirəm. Nə vaxta qədər belə şəraitdə yaşayacağam? Mən normal adamlar kimi normal evdə yaşamaq istəyirəm. Karlson kimi damdan o dünyaya köçmək istəmirəm. Buna bir əncam çəksinlər. Ya mənə yeni bir mənzil verilsin, ya da evim təmir olunsun. Əlimdə sənədlər də var, illərdir buna görə məhkəmələrdə mübarizə aparmışam. Bilmirəm səhhətimdəki xəstəliklərlə mübarizə aparım, yoxsa bunlarla?”
Cəvahir













