Xalq şairinin ikinci ayağı da amputasiya olunacaq

media-hightechnic-468x90

amputasiya ikinciAzərbaycanın xalq şairi Söhrab Tahirin bir ayağı amputasiya olunub.

Bu barədə AzVision.az-a şairin oğlu Tahir Tahiri məlumat verib. O bildirib ki, yaxın bir neçə gün ərzində Söhrab Tahirin ikinci ayağı da amputasiya olunacaq.

“Atam şəkər xəstəliyindən əziyyət çəkir. Ayaq barmaqlarında olan qanqrena bir həftə ərzində dizə qədər yayılmışdır. Ona görə də həkimlər onun ayağını kəsmək məcburiyyətində qaldılar. Hazırda durumu pis deyil. Reanimasiyada həkim nəzarətindədir. Bir neçə gündən sonra digər ayağı da dizdən yuxarı amputasiya olunacaq”.

Oğlunun sözlərinə görə, Söhrab Tahir bu yaxınlarda infarkt da keçirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600