Xameneyi: Trampa cümə günü cavab verəcəyik

media-hightechnic-468x90

İran İslam Respublikasının Ali Rəhbəri ayətullah Seyid Əli Xameneyi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cümə günü, 1979-cu il inqilabının ildönümündə cavab verəcəklərini bildirib.

Yeniçağ.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, S.Ə.Xameneyi heç bir düşmənin İranı zəiflədə bilməyəcəyini bəyan edib:

“Tramp “Məndən qorxmalısınız” deyir. Xeyir! İran xalqı fevralın 10-da onun sözlərinə cavab verəcək və belə təhdidlərə qarşı dayandığını göstərəcək”.
Qeyd edək ki, İranın həftəsonu ballistik raket sınaqlarına başlayacağı bildirilir.

Yeniçağ.Az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05