İranın ali lideri Ayətullah Seyid Əli Xamneyi ABŞ prezidenti Donald Trampın fəaliyyətini qiymətləndirib.
Ayətullah Xamneyi ABŞ-ın yeni prezidenti barədə fikirlər səsləndirib: “Bu yeni gələn cənaba (Trampa) təşəkkür edirik. O bizim işimizi asanlaşdırdı və ABŞ-ın həqiqi simasını göstərdi. Biz otuz ildən çoxdur ki, ABŞ-ın hakim dairələrində mövcud olan siyasi, iqtisadi, əxlaqi və ictimai fəsadlardan danışırıq, bu şəxs isə seçkilərdən öncə və sonra bütün bunları aşkara çıxartdı”.
“Biz Trampı dəyərləndiririk! O, bizə Amerikanın əsl simasını göstərmək üçün böyük iş görüb”, – Xamneyi qeyd edib.
Yenicag.Az “Press Tv”-yə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamneyi İranın Hərbi Hava Qüvvələri və Quru Qoşunları qarşısında çıxış zamanı deyib.
Yenicag.Az
www.yenicag.az