Xanım İsmayılqızının yeni şeirləri
Mayın 11-də bəstəkar Xanım İsmayılqızının “Dua yağışı” adlı şeir kitabının imza günü keçiriləcək. Tədbir Park Bulvarda “Əli və Nino” kitab mağazalar şəbəkəsində baş tutacaq.
Bu barədə açıqlamasında Xanım İsmayılqızı məlumat verib: “Kitab “Apostrof” nəşriyyatında çap olunub. 431 səhifədir. Burada müxtəlif mövzulu şeirlər yer alıb”.
“Dua yağışı” kitabında yer alan şeirlərdən bir neçəsini sizə təqdim edirik:
Sükutu eşitmək…
Üzünü görə bilmək…
Cavabsızlığın rəsmində, Kor baxışında azmaq…
Bu sükutdan səsini pozmaq…
Qulaqlarım batdı Sükutun bağırtısından…
Sükut – qorxulu imiş dil açmadan ağrı çəkən körpə çığırtısından…
Sükut – ağlından qaçan Dəli kimiydi həm də…
Sükut – yaşananları özündə basdıran Ölü kimiydi həm də… …
Sükutda idim mən də…
Ürəyində bir arzu tut, Dilində dua kimi.
Bu arzu səni aparsın bir gülərüz qapıya.
Bu dua səni çatdırsın Tanrıya(teleqraf.com).