!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Xanım müğənnilər içində siyasəti güclü olan odur" - Manafdan ŞOK ETİRAF

!Reklam – Yazi

 

“Aparıcıya da “tema” lazımdı. Deyir, filankəs sənin haqqında belə dedi, elə dedi. Deyib, deyib də, yaxşı edib, deyib”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev efirdə deyib.

O, müğənni xanımlar arasında siyasi taktikası güclü olan həmkarının da adını açırlayıb:

“Müğənnilər arasında ən siyasəti güclü olan xanım Damladır. Bir dəfə ona sual verdilər ki, Elza Seyidcahan sənin haqqında belə bir söz deyib. Elə bildim, dağıdacaq aləmi. Cavab verdi ki, Elza xanım gözəl bəstəkar, gözəl müğənnidir, nə deyibsə, yaxşı edib deyib, mənim ona böyük hörmətim, sevgim var.
Əlim-qolum qurudu ki, ilahi, bu nə siyasət idi? Bundan sonra ikinci dəfə kimsə ona bir söz deyə bilər?
Kaş mənim indiki ağlım əvvəl olaydı. Heç vaxt səhvlər etməzdim. Səhv etməmişəm e, çılğın olmuşam. Amma müəyyən şeyləri gözləmək lazımdır.
Demirəm e, kiminsə qabağından qaçmalısan, sözü sanballı, yerində deyəndə gözəl olur. Yoxsa ki, biri səndən söz alır, atmaca atır. Aparıcıya da “tema” lazımdı. Deyir, filankəs sənin haqqında belə dedi, deyib, deyib də, yaxşı edib, deyib”.

Nehru

COP29

www.yenicag.az

374
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv