Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xarabalıqdan baş qaldıran Ağdam... Qızıl dişləri sökülən meyitlər... Başlayan bərpa işləri - Azad edilmiş ərazilərdən REPORTAJ - FOTOLAR

İşğaldan azad edilmiş ərazilərimizə hər səfərdə erməni vandalizminin yeni nümunələri ilə qarşılaşırıq. Başqa sözlə desək, həmin ərazilər minalardan təmizləndikcə, ermənilərin Qarabağda törətdikləri iyrəncliklər gün üzünə çıxır.

Bu, müharibədən sonra Ağdama üçüncü səfərimdir. Bir şeyi anladım ki, üçüncü də olsa, on üçündü də olsa, fərqli duyğular yaşayıram. Görəcəyimiz işlə bağlı Ağdama Mərzili kəndi istiqamətindən girməli idik. Sadəcə, səfərimizin əsas məqsədi olan Yusifcanlı kənd qəbirstanlığına giriş oradan imkansız olduğu üçün Ağdam şəhərinə doğru üz tutduq.

Şəhər mərkəzinə qədər dağılmış evlər, ermənilərin qurduğu müdafiə xətlərini müşahidə edirik. Şəhərə çatmamış sol istiqamətdə torpaqlar əkilib və taxıl səpilib. Uzun illər sonra o torpaqların əsl sahibləri Ağdamda taxıl əkiblər. Yolun sağ istiqaməti isə minalı olduğu üçün əkilməyib.

Ağdamın Cümə məscidini ziyarət edirik. Məscidin yenidən əvvəlki görkəminə gətirilməsi üçün xarici mütəxəssilər cəlb edilib. Daha sonra Pənahəli xanın imarətinə baş çəkirik. Ərazidə olarkən, xarici mütəxəssislərin artıq işə başladıqlarını gördük.

Qısa söhbət zamanı məlum oldu ki, 2 il ərzində Ağdam Cümə məscidi və Pənahəli xanın imarəti tam əvvəlki görkəminə gətiriləcək. Pənahəli xanın imarətində ermənilər heyvan saxlayıblar. Xarici mütəxəssilər bildirirlər ki, binadan tövlə əvəzi istifadə ediblər. İydən, qoxudan dayanmaq olmurdu.

Bir qədər sonra Ağdamın Şəhidlər Xiyabanına üz tuturuq. Milli qəhrəmanlar Allahverdi Bağırovla Əlabbas İsgəndərovun məzarlarını ziyarət edirik. Oraya ilk gələndə həmin məzarların kimə məxsus olduğu bilinmirdi. Artıq dəmirdən lövhələr qoyulub…

Şəhidlər Xiyabanında çox sayda qəbir formalı çalaların qazıldığını müşahidə edirik. Əslində, bu barədə bir neçə dəfə yazmışam. Məsələni bir qədər də araşdıranda məlum olur ki, həmin qəbirləri ermənilər qazıblar, bəzilərini girovlarımıza qazdırıblar və qızıl axtarıblar.

Ümumiyyətlə, Ağdamdakı qəbristanlıqlard qazılan qəbirlərin böyük əksəriyyəti qadınlara məxsusdur. Çünki qadınların qızıl-ziynət əşyaları bəzən onların özləri ilə birlikdə məzara qoyulurdu. Bundan əlavə, ağzılarındakı qızıl dişlər… Ermənilər meyitlərin qızıl dişlərinə qədər söküb çıxarıblar. Bunlar barədə daha geniş növbəti reportajda oxuya bilərsiniz.

Ağdam şəhərindən çıxıb Mantar dağına yollanırıq. Dağın ətəyindəki hərbçilərimizlə görüşüb, söhbətləşirik. Müharibə vaxtı tez-tez baş çəkdiyimiz hərbçilər indi ermənilərlə üzbəüz dayanıblar. Ərazidə olarkən atəş səsləri eşidilir. Hərbçilərimizdən öyrənirik ki, ermənilər təlim keçirlər.

Daha sonra öz narı işə məşhur olan Şelli kəndinə üz tuturuq. Ermənilər də bunu çox yaxşı bildiyi üçün böyük nar bağları salıblar. Onlar bəzi yerlərdə Şelli kənd sakinlərinin evlərinə “əl gəzdirib” orada yaşayıblar. Bəzi yerlərdə isə özləri yeni evlər, hətta məktəb də inşa ediblər.

Şelli kəndindən çıxıb Yusifcanlı kənd qəbristanlığına istiqamət götürürük.. Bu barədə növbəti yazıda.

Müəllif: Səxavət Məmməd

Fotolar: Orxan Əzim

Loading...

www.yenicag.az

843
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100