Xəbər verdiyimiz kimi, Şuşada “Xarı bülbül” musiqi festivalı keçirilib.
Festivalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.
***
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalı keçirilir.
Yenicag.az xəbər verir ki, festivalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edir.
Eyni zamanda, festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.