Xaricdə işləməyə gedənlərə XƏBƏRDARLIQ: Bu hallar cinayət məsuliyyətinə əsas ola bilər

media-hightechnic-468x90

“Bəzi hallar həm cinayət məsuliyyəti, həm də deportasiya üçün əsas ola bilər”.

Bunu Yenicag.az-a açıqlamasında hüquqşünas Şamil Paşayev xarici ölkələrə işləmək məqsədilə gedən vətəndaşlarımızın qarşılaşdığı bir sıra hüquqi və sosial çətinliklərlə bağlı bildirib.

media-kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk

Hüquqşünas bildirib ki, problemlə qarşılaşmamaq üçün xarici ölkələrdə çalışan vətəndaşlar həmin ölkənin qanunvericiliyinə tabe olmalıdırlar:

“Yaşamaq və işləmək icazəsi alaraq həmin ölkələrdə hər hansı bir fəaliyyətlə məşğul ola bilərlər. Əgər şəxsin yaşamaq və ya işləmək icazəsi yoxdursa, onun biznes fəaliyyəti ilə məşğul olması və ya hər hansı xidmət sahəsində işləməsi qanunsuz sayılır. Belə hallarda vətəndaş inzibati qaydada məsuliyyətə cəlb oluna, cərimə edilə və ya ölkədən deportasiya oluna bilər. Bu kimi hallarla qarşılaşmamaq üçün hər kəs həmin ölkənin qaydalarına hörmətlə yanaşmalıdır”.

Şamil Paşayev Monteneqroda xoşagəlməz hal ilə rastlaşan azərbaycanlı ilə bağlı isə bildirib ki, o, hadisə vaxtı davada iştirak etməyib və evdə olub:

“Əgər davada iştirak edibsə bu halda həmin ölkənin qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilə bilər. Lakin onun davada iştirakına dair görüntü, şahid ifadəsi və ya digər sübutlar yoxdursa, şəxs azad ediləcək.

Əgər o, həmin ölkədə işləyirsə, lakin işləmək icazəsi yoxdursa, deportasiya edilə bilər. Turist kimi gedibsə və turist vizasının müddəti hələ bitməyibsə, o zaman ölkədə qala bilər.

Bir sözlə, istər yerli, istərsə də xarici vətəndaş olsun, hər kəs olduğu ölkənin qanunlarına hörmət etməlidir. Hər hansı şəxs kimisə döyməməli, fiziki və ya psixoloji zorakılıq göstərməməlidir. Belə hallar həm cinayət məsuliyyəti, həm də deportasiya üçün əsas ola bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa