Xarici ölkələrdə təhsil almış NAZİRLƏR KİMLƏRDİR?

media-hightechnic-468x90

Günümüzdə dünyanın inkişaf etmiş ölkələrində təhsil almaq gənclərimizin çoxunun arzusudur. Çünki dünyanın nüfuzlu universitetlərində təhsilə və təcrübəyə yiyələnmək gələcək karyera yarışında daha irəli çıxmağa şərait yaradır.

media-banner_tuq

Bu səbəbdəndir ki, gənclərimiz bacardıqları qədər xaricdə təhsilə can atırlar. Eyni zamanda ölkəmizdə də xaricdə təhsil alıb hal-hazırda yüksək vəzifələrdə çalışan məmurlar, xüsusilə də, nazirlər var.

Yenicag.az Bizim.Media-ya istinadla xaricdə təhsil almış nazirlərin adlarını təqdim edir:

Muxtar Babayev

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. O, 2000-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının “Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsilini başa vurub.

Fikrət Məmmədov

Ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədov isə Fikrət Məmmədov 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirib.

İnam Kərimov

Kənd təsərrüfatı naziri İnam Kərimov 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə, Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru elmi dərəcəsi alıb.

Mikayıl Cabbarov

2019-cu ilin oktyabrından bəri Respublikanın iqtisadiyyat naziri olan Mikayıl Cabbarov 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.

Samir Şərifov

Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.

Rəşad Nəbiyev

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 1994–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi almış, 2000–2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra R. Nəbiyev Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

Teymur Musayev

Səhiyyə naziri Teymur Musayev 1987-1993-cü illərdə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsində təhsil alıb. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb.

2003–2004-cü illərdə Fransanın “Universite Strasburg 1” Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013–2015-ci illərdə “Riga İnternational School of Business and Economics” və “Riga Stadins University” birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında “Master fo Health Management (business executive)” magistr dərəcəsini alıb.

Fərid Qayıbov

Gənclər və idman naziri Fərid Qayıbov 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib. 2014-cü ildə P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

Emin Əmrullayev

Elm və təhsil naziri Emin Əmrullayev 1999–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində təhsil alıb, 2003-cü ildə bu ali təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib.2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. 2010–2012-ci illərdə Kolumbiya Universitetində İctimai (İnzibati) İdarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05