!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xarkov vilayətinin işğaldan azad edilməsi o deməkdir ki, müharibədə....” – Hərbi ekspert

!Reklam – Yazi

“Ukrayna ordusunun bu uğuru artıq separatçı “respublika”lara daxil olaraq işğal altındakı əraziləri azad etməyə əlverişli imkan yaradır”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna ordusunun uğurlu əks-hücum kampaniyası nəticəsində Xarkov vilayətinin Rusiya işğalından azad edilməsinin cəbhədəki gələcək vəziyyətə təsirini dəyərləndirən hərbi ekspert Aleksandr Kovalenko deyib.

Onun fikrincə, Rusiya hərbçilərinin işğal altındakı əraziləri tərk etmələri xaotik qaçış formasında baş verib:

“Bu, işğalçıların həmin ərazilərdən qaçışıdır, buna başqa ad vermək olmaz. Rusiyalıların qoyub qaçdıqları hərbi texnikanın sayına baxdıqda onların geri çəkilmələrinin xaotik qaçış olduğunu söyləyə bilərik.

Onların atıb getdikləri silah-sursat arasında tırtıllı texnikanın çoxluğu bununla əlaqədardır ki, həmin texnikalarla ərazidən qaçmaq rahat deyil.

Baxın onların qoyub qaçdıqlarının arasında 50-yə qədər tank, 100 avtomobil və başqa texnikalar var.

Xarkov vilayətinin işğaldan azad edilməsi o deməkdir ki, müharibədə dönüş mərhələsidir. Ukrayna ordusunun bu uğuru artıq separatçı “respublika”lara daxil olaraq işğal altındakı əraziləri azad etməyə əlverişli imkan yaradır”.

COP29

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv