XƏBƏRDARLIQ - Bu yolun hərəkət istiqamətində dəyişiklik edildi

media-hightechnic-468x90

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkət istiqaməti dəyişdiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

Məlumata görə, yanvarın 10-11-i tarixlərində sözügedən ərazidə AAYDA-nın və Bakı Nəqliyyat Agentliyinin birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətllənmə işləri aparılacaq. Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Nişanlanma və xətlənmə işləri bitdikdən sonra 2019-cu ilin dekabrın 31-də şəhər istiqaməti üzrə açılmış 2 hərəkət zolağından birinin sırf avtobuslar üçün ayrılması nəzərdə tutulur. Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılmış olacaq.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600