!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xərçəngin qarşısını alan QİDALAR

!Reklam – Yazi

Hər il dünyada yarım milyondan çox insan xərçəng xəstəliyinə tutulur.

Yenicag.az xəbər verir ki, alimlərin fikrinə görə, qidalanma xərçəngin riskini azaldan vacib amillərdən biridir.

Almaniyalı onkoloq Yuta Hübner bildirib ki, son araşdırmalara əsasən balıq və meyvə-tərəvəz orqanizmdə xərçəng hüceyrələrinin çoxalmasını xeyli ləngidir.

Alim bildirib ki, xərçəngin riskini azaltmaq üçün həftədə 2-3 dəfə balıq və hər gün 5 porsiya meyvə-tərəvəz yemək lazımdır (1 porsiya – 1 alma və ya 1 banan və ya 1 bişmiş kartof və s. sayılır). Alim bildirib ki, flavonoidlərlə zəngin olan alma, portağal və qaragilə xüsusilə faydalıdır.

Həmçinin professor bildirib ki, xərçəng hüceyrələrinin ən sevimli qidası şəkərdir. Bu səbəbdən xərçəngin riskini azaltmaq üçün şəkər və şirniyyatların istehlakını kəskin məhdudlaşdırmaq lazımdır./Saglamolun.az /

www.yenicag.az

628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv