!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəxanaya yerləşdirilən İsa Qəmbərin - FOTOSU

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.

Yenicag.az xəbər verir ki, o, ötən gün ürəyində narahatlıq yarandığı üçün kardioloqa müraciət edib. Nəticədə həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra müayinədən keçib. Müayinələrdən sonra onun ürəyində problemlərin olduğu məlum olub. İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur və özünü yaxşı hiss edir.

Bu gün isə Müsavat Partiyasının sədri Arif Hacılı yaxın dostunu ziyarət edib. O, İsa Qəmbərlə şəkilini sosial şəbəkədə paylaşaraq bunları yazıb: “İsa bəylə görüşdük. Özünü yaxşı hiss edir. Hamıya salamları var. Müayinələrdən keçib. Ürəkgücləndirici tibbi prosedurlar həyata keçirilir. Yaxın günlərdə xəstəxanadan çıxacaq”.

COP29

www.yenicag.az

2890
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv