Səhhəti pisləşdiyi üçün Milli Onkologiya Mərkəzinə yerləşdirilən tanınmış jurnalist, ARB TV-nin aparıcısı Tahirə Məmmədqızı bu saatlarda əməliyyat olunub.
Mərkəzin cərrah-onkoloqu Könül Mərdanova ilə əlaqə saxladıq.
O, Yenicag.az-a açıqlamasında T. Məmmədqızının hazırda reanimasiyada olduğunu bildirib: “Əməliyyat uğurla bitdi. O, indi reanimasiyadadır, vəziyyəti yaxşıdır”.
Qeyd edək ki, bir müddət öncə T.Məmmədqızının bədəninin müxtəlif nahiyələrində 7 şiş aşkar edilib, daha sonra əməliyyat edilmişdi.
Cəvahir
www.yenicag.az