Xətai rayonunda içməli su 5 aydır küçəyə axır? - VİDEO

media-hightechnic-468x90

Paytaxtın Xətai rayonu Rəşid Bağırov 36 ünvanında içməli suyun küçəyə axdığı iddia edilir.

Bu barədə baku.ws-in “qaynar xətti”nə daxil olan şikayətə görə, vəziyyət 5 aydan çoxdur belədir.

Bildirilir ki, hadisə ilə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət edilsə də, məsələyə baxılmır.

“Hər kəsin istifadə etdiyi gedişli-gəlişli yoldur. Sentyabr ayından “Azərsu” ASC-nin qaynar xəttinə yüzlərlə zəng olunub. Lakin axıntı olan yer təmir edilmir. Ümumiyyətlə məsələyə baxan yoxdur”.

Problemlər bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, məsələ ilə əlaqədar Xətai rayon sukanal idarəsinin baş mühəndisinə məlumat verilib. Problem fərdi xətlərlə bağlıdır və tədbir görüləcək.

Həmin videonu təqdim edirik:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600