!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzər dənizi niyə qırmızıya boyanıb?

!Reklam – Yazi

Mangistau əyalətinin ekologiya departamentinin mütəxəssisləri Xəzər dənizinin qırmızı rəngə boyanması ilə əlaqədar suda kimyəvi maddələrin və neft məhsullarının mövcudluğunu yoxlayıblar.

Yenicag.az xəbər verir ki, analizin nəticələrinə əsasən suyu çirkləndirən maddələr aşkar edilməyib.

Mangistau əyalətinin ekologiya departamenti şöbəsinin sədri Kaysar Nadirbekin sözlərinə görə, suya qırmızı və tünd qəhvəyi rəng verən yosunlardır.

“Qar yağdığından bu hadisə daha aydın görünüb. Yosunlar dayaz sularda, xüsusən də bizim sahilboyu ərazilərdə bitir. Onların toplandığı yerlərdə isə su rəngini dəyişir. Bu təbii hadisə barədə məlumatlı olsaq da, suyun vəziyyətini yoxlamalıyıq”, – deyə Kaysar Nadirbek söyləyib.

Qeyd edək ki, Xəzər dənizinin al qırmızı rəngə boyanması Qazaxıstanın Aktau şəhərinin sakinlərinin diqqətini çəkib./Azertag/

www.yenicag.az

114
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv