Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Xəzər sahilindəki daha bir neçə obyekt cərimələndi - SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında birgə reydlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhəri Xəzər sahili zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində formalaşan çirkab suların və məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmadığı aşkar edilib.

Araşdırma zamanı “Relaks”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur” “Kaspian Standart KO” MMC-yə məxsus “Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və “Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalaqlandığı məlum olub.

Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 3100 manat məbləğində cərimə tətbiq edilib. “Kaspian Standart KO” MMC isə hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün tərtib olunmuş sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

www.yenicag.az

643
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS