Xəzər sammitində beştərəfli sənədlər imzalanıb-Video,Foto

media-hightechnic-468x90

50aef126dd83781c6e6ac6e98b3a98a5Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti çərçivəsində hökumətlərarası beştərəfli sazişlər imzalanıb.

Bu sənədlər aşağıdakılardır:

– Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi;

– Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş;

– Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında Saziş.

Sonra Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov birgə Bəyanat imzalayıblar.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600