“İraqda bu yaxınlarda internetdə körfəzin adı ilə bağlı yayılan məqalədə düzəlişə nail olduq”.
Yenicag.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian körfəzin adı ilə bağlı İraqda yayılan məqaləyə münasibət bildirərkən deyib.
Nazir bildirib ki, məsələ ilə bağlı İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani ilə əlaqə saxlayıb və internetdə yayılan məqalədə düzəlişə nail olublar.
Xatırladaq ki, yanvarın 6-da İraqda Körfəz ərəb ölkələrinin “Gulf25” futbol çempionatı start götürüb. İraqda bu barədə məlumat yayan bir sıra saytlar “Fars körfəzi” yerinə “Ərəb körfəzi” yazıb. İran Futbol Federasiyası bununla bağlı FİFA-ya müraciət edib.
Qeyd edək ki, çempionata 8 ərəb dövləti – İraq, Oman, Səudiyyə Ərəbistanı, Yəmən, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər qatılıb.
www.yenicag.az