XİN-də əcaib TENDER: Təhsil şirkətindən kondisioner alınacaq

media-hightechnic-468x90

Xarici İşlər Nazirliyi (XİN) maşın və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, tenderin qalibi “Azedunet” MMC seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 62 502,66 AZN-dir.

Tenderin şərtlərindən aydın olur ki, XİN şirkətdən İKT avadanlıqları ilə məişət texnikası da alacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Azedunet” MMC 14 dekabr 2007-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Naxçıvani küçəsi, ev 22, mənzil 49-da yerləşir. MMC-nin qanuni təmsilçisi Yəhyayev Natiq Rza oğludur.

“Azedunet” MMC-nin veb-səhifəsində qeyd edilib ki, şirkət təhsil sisteminə İKT-nin tətbiqi sahəsində fəaliyyət göstərir. Şirkət Azərbaycan Təhsil Şəbəkəsinin yaradıcısıdır. “Azedunet” eyni zamanda təhsil müəssisələri üçün texniki xidmət təşkil edir.

Maraqlıdır ki, XİN bu şirkətdən məsələn, kondisioner alacaq. “Azedunet” MMC-nin kondisioner satışı ilə məşğul olması barədə heç bir məlumat yoxdur.

Şirkətin heç İKT məhsullarını satmasına dair da hər hansı fakta rast gəlinmir./Qaynarinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05