Xırdalanda AES tikilməsi ölkəyə fəlakət vəd edir
Telman Zeynalov: “Ölkəmizin yerləşdiyi ərazi zəlzələ ocağıdır”
Bu yaxınlarda Azərbaycan özünün ilk atom elektrik stansiyasının (AES) tikintisi barədə planlarını açıqlamışdı. Bu məlumatı Azərbaycanın “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov da rəsmi olaraq təsdiqləyib. Nüvə reaktoru 20 meqavat gücündə olacaq və Xırdalan ətrafında tikiləcək.
Ekoloq Telman Zeynalov isə Yenicag.az-a açıqlamasında belə bir nüvə reaktorunun ölkəmiz üçün risqli olduğu qənaətindədir: “Ümumiyyətlə, Azərbaycanda atom reaktorunun tikilməsi ölkəmiz üçün çox risqlidir. Çünki, ölkəmizin yerləşdiyi ərazi zəlzələ ocağıdır. İkinci bir tərəfdən, onun xalqımıza xidmət edəcəyinə tam olaraq zəmanət vermək olmaz. Bu obyektin tikilməsi çoxlu risqlər yaradır. Onun tikilməsi üçün nəzərdə tutulan yer həm də sürüşmə, çökmə zonasıdır. Ona görə də atom stansiyasının tikilməsinin tamamilə əleyhinəyəm”.
Rüfət