Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xocalı cəlladına Gürcüstanda abidə qoyuldu - FOTOLAR

20 Yanvar tarixində Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində iştirak etmiş Mixeil Avaqyanın abidəsi ucaldılıb.

Yenicag.az “24News.ge” istinadən xəbər verir ki, ucaldılan abidənin açılış mərasimində Axalkalaki Bələdiyyə başçısı Yurik Hunanyan, millət vəkilləri Enzel Mikonyan və Samvel Manukyan, Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan, eləcə də Buqaşen və qonşu kəndinlərin sakinləri iştitak edib.

Qarabağ müharibəsində vəfat edən Mixail Avaqyanın abidəsini və onun ətrafında salınan oyun meydançasını xeyriyyəçi Qaqika Avaqyanın maddi dəstəyi ilə ərsəyə gətirilib.

Abidənin açılışını Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan və xeyriyyəçi Gagik Avaqyan birlikdə edib.
Mərasimdə Mixeil Avaqyanın qızı, oğlu və nəvəsi iştirak ediblər.

Tədbir daha sonra şeir, müsiqi və rəqs nömrələri ilə davam edib.

Qeyd edək ki, Mixail Avaqyan Axalkalakinin Buqaşen kəndində doğulub, məktəbi bitirdikdən sonra Ermənistanın Razdan şəhərində texnikomu bitirib. Hərbi xidmətini başa vurduqdan sonra Sverdlovsk Daxili İşlər Nazirliyinin peşə məktəbinə daxil olub. Abxaziya Daxili işlər orqanlarında işləyib. Ermənistanın Sarnaxbyur kəndinə köçüb və orada ailə qurub.

Qarabağ müharibəsi başlayan zaman Mixeil Avaqyan, Horadiz, Xocalı, Hadrut və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib. Kobra ləqəbli ilə tanınıb. O, Azərbaycan dilinə yaxından bələd lub. Horadiz körpüsü uğurunda mübarizədə snayper tərəfindən yaralanmış, xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Loading...

www.yenicag.az

3287
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100