"Xomeyni, Xamneyi və sülalənin davamı... Müctəba niyə seçildi?

media-hightechnic-468x90

Şəriətmədari dövründən Müctəba Xamneyiyə uzanan saxta “Ayətullah” məqamı…

media-banner_tuq

Yenicag.az xəbər verir ki, İranın öldürülmüş ali dini liderinin yerinə oğlu Müctəba Xamneyi seçilib.

Beləliklə, İranda ali dini liderlik postu atadan oğula keçdi. Bu isə İran İslam İnqilabının qurucusu Xomeyninin prinsipləri ilə daban-dabana ziddir.

Hakimiyyətdə olduqları dövrdə həm Xomeyni, həm də Xamneyi Pəhləvi sülaləsinin varislik sistemini kəskin tənqid etsələr də, bu gün özləri niyə eyni addımı atdılar? Oğul Xamneyi atasının birbaşa varisidir, yoxsa bu, “Xubreqan” Məclisinin seçimidir?

Mövzu ilə bağlı sualları ilahiyyatçı Tural İrfan Yenicag.az-a geniş şərh edib:

“Hazırkı İran rejiminin siyasi-ideoloji sistemi elə ziddiyyətli qurulub ki, istənilən situasiya üçün qeyri-leqal çıxış yolları mövcuddur. Siyasi varisliyi təmin etmək naminə bütün mənfi və mənfur üsullar “qanuni” sayılır. İranda bu cür halların yaşanması təbiidir. Atası Əli Xamneyi seçilərkən belə, onun “Ayətullahül-üzma” rütbəsi yox idi. O dövrdə inqilabın başında Təbriz əsilli Ayətullahül-üzma Məhəmməd Kazım Şəriətmədari dayanırdı. O, Azərbaycan türklərinə və kürdlərə dil azadlığı, məktəb və digər hüquqların veriləcəyinə dair vədlər vermişdi. Bu gün Cənubi azərbaycanlıların tələb etdiyi hər şeyi Şəriətmədari hələ o vaxt reallaşdıracağını demişdi. Lakin Qərbin məqsədi fərqli idi. Qərb öz maraqlarını təmin etmək üçün Xomeynini təyyarə ilə İrana göndərdi. Onun “ayətullah” titulu olmadığı üçün bu titulu ona Şəriətmədari vasitəsilə verdilər və inqilabın rəhbəri etdilər.

Xomeyni hakimiyyətə gəldikdən sonra Şəriətmədarini sıxışdırmağa başladı. Verilən vədlərin icrasını tələb edən Şəriətmədari ev dustağı edildi və işgəncələrə məruz qalaraq dünyasını dəyişdi. Bu, hələ Xomeyni dövründən ayrı-seçkiliyin mövcud olduğunu göstərir. O zaman Xomeyninin əsl varisi Ayətullah Müntəziri idi. Lakin Xomeyninin Qərbin təhriki ilə Şəriətmədari üsyanını qəddarlıqla yatırtması, insanları məhkəməsiz edam etdirməsi Müntəzirinin etirazına səbəb oldu. Nəticədə o, varislikdən uzaqlaşdırıldı və yerinə saxta “Ayətullah” statusu verilmiş Xamneyi gətirildi. Xamneyi özü də vaxtilə bu vəzifəyə layiq olmadığını etiraf etmişdi. Bu fakt sübut edir ki, İranda istənilən şəxsə saxta status verib rəhbər qoymaq mümkündür.”

İlahiyyatçı qeyd edir ki, Müctəba Xamneyinin varis seçilməsi atasının vəsiyyəti ilə bağlı ola bilər:

“Əli Xamneyi Pəhləvi rejimini atadan oğula keçdiyi üçün tənqid etsə də, görünən odur ki, oğlunu özü vəsiyyət edib. Bəlkə də bu, şura üzvlərinin qərarıdır, lakin hər bir halda qərarlar emosional və dar çərçivədə qəbul olunur. İranda rəhbər seçimi dini əsaslarla deyil, mövhumat və təəssübkeşlik prinsipləri ilə aparılır. Proseslər dinin mahiyyətinə yox, Qərbin ssenarisinə uyğun gedir: Xomeyni, Xamneyi və yenə Xamneyi…”

Tural İrfanın iddiasına görə, İranda ABŞ və İsraillə danışıqlar masasına oturacaq hər hansı şəxsin ali lider olması qeyri-mümkündür:

“Rejimin mahiyyəti elədir ki, düşmənlə yumşalmaya gedəcək lideri dərhal aradan götürərlər. Hazırda elə bir vəziyyət yaranıb ki, demək olar, heç kim bu məsuliyyəti üzərinə götürmək, canını təhlükəyə atmaq istəmirdi. Müctəba Xamneyinin gətirilməsi öncədən planlaşdırılmış gedişdir. Məqsəd Amerika ilə danışıqlara yol verməyəcək birinin hakimiyyətdə olmasıdır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05