“Dedim, bəs siz deyildiniz aparıcıları tənqid edən ki, ay musiqimiz belə oldu, elə oldu?”
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib.
O, əsl musiqinin məhv olması barədə tez-tez açıqlamalar verən bir məşhuru ifşa edib, onun sözü ilə əməlinin üst-üstə düşmədiyini bildirib:
“Bir məşhur adam var, mən ona sual verdim ki, baxırsınızmı “Günaydın”a? Dedi, yox e, baxmıram. Bir-iki dəfə baxdım, sonradan baxmadım. Mənə pis təsir etdi, soruşdum, niyə? Dedi, hər gün muğam olar, oturub səhərdən axşama qədər ağlayırıq. Dedim, bəs siz deyildiniz, aparıcıları tənqid edən ki, ay musiqimiz burdan getdi, belə oldu? Mən sizin dəfələrlə belə açıqlamalarınızı oxumuşam saytlarda. Siz həmin adamsınız, indi deyirsiniz, hər gün muğam, hər gün aşıq olar? Mən sizin sözünüzlə hər gün muğam, aşıq çağırıram, indi başqa söz deyirsiniz? Durdu, üzümə baxdı, dedi, bilirsiniz necədir? Dedim, hər şey aydındır.
Demək ki, bizim danışdığımız ayrıdır, istədiyimiz və əməlimiz isə tamam başqadır”.
Nehru
www.yenicag.az