Xoşqədəmdən tanınmış aşığa EYHAMLI REPLİKA: “O şampunun adını mənə də de”

media-hightechnic-468x90

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı canlı yayımda aşıq Fəzail Miskinlini pərt edib.

Yenicag.az xəbər verir ki, aparıcı “47 yaşın var, niyə saçın ağarmayıb”, – deyə onun saçına boya vurmasına eyham vurub.

Aşıq isə saçının şampunla qaraldığını bildirib:

“Qara kostyum geyinə bilmirdim, üstümə kəpək tökülürdü. Almaniyadan, İrandan şampun gətizdirdim, xeyri olmadı.

Axırda həkimə müraciət etdim. O dedi ki, yəqin səndə hansısa vitamin çatışmır, bir şampun məsləhət etdi, sonra saçım belə oldu. Yadınızdadırsa saçımın qabağında ağ var idi”.

Aşığın bu cavabına Xoşqədəm eyhamlı replika verib: “Rəng qoydurmaqdan yorulmuşam, o şampunun adını mənə də de”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600