Xoşqədəmin verilişi tənqid olundu-Video

media-hightechnic-468x90

85byOU1y78W9ATV telekanalında yayımlanan Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinin yanvarın 4-ü 2015 ci ildə efirdə yayımlanan buraxılışındakı kadrlarda Azərbaycanın dövlət bayrağı tərsinə asılıb. Sözgedən kadrlar Qazaxıstan Respublikasının Kökşetau şəhərində lentə alınıb. Kadrlarda müsahibə verən şəxs Almazxan Əmiraslanovun yanındakı Azərbaycanın dövlət bayrağının tərsinə asıldığını görürük.

Qeyd edək ki, bu dövlətin əsas rəmzlərindən biri olan dövlət bayrağına qarşı hörmətsizlik və təhqir hesab olunur. Təəssüflər olsun ki, bu cür hallar müxtəlif verilişlərdə, filmlərdə, tədbirlərdə dəfələrlə təkrarlanıb.

Nəzərə çatdırmağı vacib hesab edirik ki, Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq isə yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.

Məsələ ilə bağlı MTRŞ-nin Monitorinq Şöbəsinin rəhbəri Təvəkkül Dadaşov verdiyi açıqlamasında bunları söyləyib: “Azərbaycan bayrağının efirdə tərsinə asılmış vəziyyətdə görünməsi əlbəttə, normal hal deyil. Lakin məlum süjetin telekanalın studiyasında çəkilməməsi və bayrağın yayımçı tərəfindən asılmaması nəzərə alınmalıdır. Çünki “Səni axtarıram” verilişində bayrağın müsahibə verənin ofisində asıldığı aydın görünür. Ümumilikdə isə yayımçılar, xüsusilə də yaradıcı və texniki heyət bu kimi məsələlərdə həssas olmalıdırlar”.

Təqdim etdiyimiz videonun 33-cü dəqiqəsində Azərbaycan bayrağının tərsinə asılmasının şahidi ola bilərsiniz.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600