Yalçın Rzazadə harada dəfn olunacaq? – Oğlu açıqladı

Xalq artisti Yalçın Rzazadənin Fəxri Xiyabanda dəfn olunması üçün ailəsinin müraciəti cavabsız qalıb. Sənətkar Lənkəranda dəfn olunacaq. Ailə üzvləri bu dəqiqələrdə nəşi dəfn etmək üçün Lənkərana yola düşəcək.

Bunu Yenicag.az-a açıqlamasında müğənninin oğlu Mətin Rzazadə bildirib:

“Mədəniyyət Nazirliyinə müraciət etdik, cavabı gözləməyəcəyik. Ailə olaraq qərara gəldik ki, atamı Lənkəranda torpağa tapşıraq”.

Qeyd edək ki, Y.Rzazadə fevralın 22-də uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib.

Cəvahir