“Yanımda olsa, yandırardım” – Təhqir olunan aparıcı kimi hədələdi? – FOTO

Aktyor və aparıcı Ülvi Həsənli sosial şəbəkələrdə ünvanına təhqiramiz ifadələr işlədən insanlardan danışıb.

Yenicag.az-a açıqlama verən Ülvi onları Allaha tapşırıb:

“Başıma bu qədər hadisələr gəldi, amma heç kimi polisə vermədim. Mənim üçün ən böyük hakim Allahımdır. Onun verdiyi cəzanı mən verə bilmərəm. Kənarda dayandım ki, cəza ağır olsun. Məni yolda görəndə şəkil çəkdirənlər, tanımadan, sənətimdən xəbəri olmadan sosial şəbəkədə əleyhimə şərhlər yazırlarsa, qoy yazsınlar. Onlar mənə balta vurduqca, mən daha da ayağa qalxacam”.

Aktyor onu da bildirib ki, bu təhqiramiz sözləri yazanların çoxu həmkarlarıdır, saxta profillərdən istifadə edərək onu “sındırmağa” çalışır:

“Yazı üslubundan da görürəm ki, onların çoxu sənət adamıdır, saxta profillər açıb yazırlar. Baxırsan ki, sıfır izləyicisi var. İndiyə qədər mənə təhqiramiz sözlər yazılıb. Yanımda olsa, onu yandıraram. Amma mən onlara reaksiya versəm, depressiyaya düşsəm, onda gərək iş görməyim”.

Cəvahir

COP29