“Gözləyir, ağzımdan bir söz çıxsın, poçtalyon kimi...” – Zaur KİMİ SUSDURDU?
“Konfliktim olan adamdan kimsə mənə danışanda dərhal deyirəm, sus”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev verilişində deyib.
O, yanında qeybət edən insanlara sərt reaksiya verdiyini və qadağa qoyduğunu bildirib:
“Hətta ən xoşlamadığım adam haqqında belə nə isə deyəndə dərhal susdururam. Qəribədir ki, insanlar bilir, kimin kimdən xoşu gəlmir, salam verən kimi birinci onun adını çəkir. Deyir, bilirsən, necə zəhləm gedir ondan? Konfliktim olan adamdan kimsə mənə danışanda dərhal deyirəm, sus. Onu pisləməyin, xeyrimə danışmağın heç mənə xoş deyil. Bilirəm ki, gözləyir, ağzımdan bir kəlmə çıxsın. O vaxtın poçtalyonları kimi dərhal uçur, artıq bilirəm ki, onun damındadır”.
Nehru