Firuzə İbadova SƏHHƏTİNDƏN DANIŞDI: “İxtiyarım yoxdur, yıxılım qalım”
“Yıxılmışdım, ayağımdan, qolumdan zədə almışdım, indi çox şükür Allaha, yaxşıyam, çətin günlər arxada qaldı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında bir müddət əvvəl yıxılaraq ayağından və qolundan zədə alan tanınmış müğənni, Əməkdar artist Firuzə İbadova deyib.
O, səhhəti barəsində danışıb:
“İxtiyarım yoxdur ki, yıxılım qalım. Sənət insanları özünü qorumalıdır. Mən də yıxılmışdım, ayağımdan, qolumdan zədə almışdım, indi çox şükür Allaha, yaxşıyam, çətin günlər arxada qaldı. Məni sevənlərin duaları nəticəsində yaxşılaşdım. Bir sənətkar üçün onu sevən xalqın sevgisindən gözəl məlhəm ola bilməz”.
Sevilən sənətkar yaxın günlərdə dövlət tədbirlərinə və konsert proqramlarına qatılacağını bildirib:
“Xoşbəxtik ki, Allah Azərbaycan xalqına Ulu öndər Heydər Əliyev kimi şəxsiyyəti lütf edib. Mayın 10-da Ulu öndərimizin doğum günü münasibəti ilə dövlət tədbirləri və konsertlər olacaq, Azərbaycanın dilbər guşələrində konsert proqramlarına qatılacağıq. Eyni zamanda Gül bayramımızı qeyd edəcəyik”.
Əməkdar artist hələlik efirlərə çıxmayacağını da söyləyib:
“Hələ ki efirlərə çıxmaq istəmirəm. Nə vaxt ki, verilişlər ürəyimcə olar, istədiyim kimi verilişlər təqdim olunar, onda televiziyalara da çıxaram. Hələlik bu aralar istəmirəm efirə çıxım”.
Cəvahir