Ceyhun Musaoğludan YUBİLEY ETİRAFI: “50 yaşım var, 22-si mənim deyil” – VİDEOMÜSAHİBƏ
Deyir, rəqəmlər onun üçün heç bir önəm daşımır, əsas ruhun yaşıdır. Ruhun yaşının hesablanmasının tərəfdarıdır, nəinki ömür yaşının. Özü demişkən, heç 50-ni də ona yaraşdırmadım, çünki görkəmi də ruhundan geridə qalmır. Amma bir az dərinə gedəndə, hiss etdim ki, ömür limitini daraldan 50-nin xofu da basır arada… “Sayğac” yazır axı…
50 illik ömrün ən böyük hədiyyəsindən danışanda kövrəlir, gözləri dolur zəngilanlı balasının. Deyir, 50 illik ömrümün ən böyük hədiyyəsi Şuşadır. Şuşanın alındığı günü ömrünün ən xoşbəxt günü sayır Vətən sevdalısı…
O qədər maraqlı həmsöhbətdir ki, vaxtın, zamanın haradan gəlib keçdiyini hiss etmədik. Ürəyi dolu idi. Çox danışmayım, özü danışsın. Onsuz da onu tanıyanlar tanıyır, bilənlər bilir, amma bir də belə tanısınlar, bir də belə bilsinlər…
Tanınmış jurnalist, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhunu deyirəm, 50-nin kürəyini yerə vuran Ceyhun Musaoğlunu…
50 yaşlı yubilyarın Yenicag.az-a videomüsahibəsini təqdim edirik:
Cəvahir
Samir Məcidov