Yanukoviçə məxsus 77 milyard aşkar edildi

media-hightechnic-468x90

hjghghgytytfrUkrayna Maliyyə Monitorinq Xidmətinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Milli Bankın və digər dövlət qurumlarının birgə apardıqları araşdırmalar nəticəsində Yanukoviçlərə məxsus 77 miyard qriven vəsait aşkar olunub.

Araşdırmalar martın 1-dən aparılmağa başlanılıb. Dövlət Maliyyə Monitorinqinin saytında yerləşdirilən məlumatda bu vaxta qədər dövlət büdcəsindən oğurlanmış 77,2 miyard qrivenin izinə düşmək mümkün olub.

Bundan başqa, Yanukoviçlər ailəsinə məxsus vəsaitin aşkarlanaraq, bloklaşdırılması məqsədi ilə idarə 136 ölkəyə yazılı müraciət ünvanlayıb. Bildirilib ki, bu yöndə ən uğurlu işbirliyi ABŞ və Böyük Britaniyanın müvafiq strukturları ilə baş tutub.

Xatırladaq ki, 2013-cü il üçün gəlirlər üzrə tərtib olunan deklorasiyada sabiq prezident Viktor Yanukoviçın gəlirləri Amerika dövlət başçısı Barak Obamadan 4 dəfə çox olub(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600