Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

YAP-ın müxalifətlə dialoq ŞƏRTLƏRİ: “Konstruktiv mövqe tutan partiyalarla....” - VİDEO

Reklam: High Technic

“YAP konstruktiv mövqe tutan müxalifət partiyaları ilə dialoqa hər zaman hazırdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanda siyasi dialoq mühitini dəyərləndirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Musa Quliyev deyib.

Musa Quliyevin sözlərinə görə, dialoqun baş tutması üçün bəzi kriteriyalar nəzərə alınmalıdır:

“Yeni Azərbaycan Partiyası yarandığı gündən digər siyasi təşkilatlarla, o cümlədən, müxalifət partiyaları ilə dialoqa hazır olduğunu hər zaman bəyan edib.

Amma dialoqun konstruktiv mövqe tutan və dövlətçilik əleyhinə fəaliyyət göstərməyən partiyalarla aparılmasını məqbul sayırıq.

Hazırda parlamentdə on bir müxalifət partiyası təmsil olunur və onların hamısı ilə bizim normal münasibətimiz var. Eyni zamanda, parlamentdə olmayan konstruktiv partiyalarla da əlaqələrimiz mövcudddur”.

Aqil Bəkir

www.yenicag.az

655
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM