!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yapon bankından xəbərdarlıq: Böyük iqtisadiyyatlar tənəzzülə uğrayır

!Reklam – Yazi

Yaxın 12 ayda ABŞ ilə yanaşı, Avrozona, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya və Kanadanın tənəzzülə uğrayacağı proqnozlaşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Yaponiyanın iri maliyyə holdinqi “Nomura” hesabat yayıb.

Hesabata görə, əsas ölkələrdə pul siyasətinin sərtləşdirilməsi və yaşayış xərclərinin artması qlobal iqtisadi artımı yavaşladacaq. Bankın məlumatına görə, ABŞ ilə yanaşı, Avrozona, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya, Avstraliya və Kanada tənəzzülə girəcək. Bankın iqtisadçıları Rob Subbaraman və Si Yinq Toh tərəfindən hazırlanan hesabatda inflyasiya təhlükəsinin davam edəcəyi və mərkəzi bankların faiz artımının tənəzzülə səbəb olacağı qeyd olunub.

İqtisadçılar ABŞ-də 5 rüblük kiçik, lakin uzunmüddətli resessiya proqnozlaşdırsalar da, Rusiya qazının kəsiləcəyi təqdirdə Avropada iqtisadi problemlərin dərinləşə biləcəyini bildiriblər. Bu fonda həm ABŞ, həm də Avrozona iqtisadiyyatlarının 2023-cü ildə 1 faiz kiçilməsi proqnozlaşdırılır. Çin iqtisadiyyatı üçün isə hələ ki heç bir problem görünmür.

Gülşən Şərif

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv