Yaponiyada zəlzələdə xəsarət alanların sayı artdı - FOTO/VİDEO

media-hightechnic-468x90

Yaponiyanın şərqində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı səkkiz nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bundan əvvəl zərərçəkənlərin üç nəfər olduğu deyilirdi. Zəlzələnin episentri Çiba prefekturasının Kisarazu şəhəri yaxınlığında yerləşib.

Hadisə şahidlərinin sözlərinə görə, təbii fəlakət nəticəsində binalara ziyan dəyib, evlərin damından kirəmitlər düşüb, pəncərələr sınıb, bəzi binalarda liftlər dayanıb.

Yaponiya Meteorologiya Agentliyi ehtiyatlı olmağa çağırıb, çünki afterşoklar həftə ərzində müşahidə oluna bilər.

 

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa