Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib.

Yenicag.az xəbər verir ki, Yaqub Zurufçu bu gün “Qurd qapısı” qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Əməkdar artist ötən gün müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.