Koronavirusa yoluxduğuna görə “Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov Yenicag.az-a bildirib ki, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.
“Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyasi 95-96-dır, qızdırması yoxdur. Vəziyyətinə uyğun intensiv terapiya davam edir. Vəziyyəti ağır stabil olaraq qalır”,- şöbə müdiri bildirib.
Qeyd edək ki, əməkdar artistin vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.