YARAT İncəsənət Mərkəzinin açılışı oldu

media-hightechnic-468x90

adecd89e9f20fd73320520bd1f4070eaBakıda YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərasimdə ictimai-siyasi xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, xarici qonaqlar iştirak ediblər.

YARAT Müasir İncəsənət Mərkəzinin təsisçisi və bədii rəhbəri Aida Mahmudova bildirib ki, YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgilənmə yeridir və yeni mərkəzdə müasir Azərbaycan, Qafqaz və Mərkəzi Asiya ölkələrinin rəssamlarının əsərləri sərgilənəcək.

Açılış mərasimi münasibətilə qonaqlara “Şirin Neşat: Gözlərimin evi” adlı sərgi təqdim edilib. Açılışda YARAT-ın daimi kolleksiyasını təşkil edən əsərlərdən ibarət ekspozisiya da nümayiş olunub.

“Şirin Neşat: Gözlərimin evi” sərgisi iyunun 23-dək davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600