Yaşayış binasında yanğın - ÖLƏNLƏR VAR

media-hightechnic-468x90

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında baş vermiş yanğın nəticəsində iki nəfər ölüb.

Yenicag.az xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Hallar Xidməti yayıb.

Qurumun məlumatına görə, hadisə paytaxtın Vazisubani yaşayış məntəqəsində baş verib.

Qeyd olunub ki, yanğın baş verən əraziyə dərhal yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsindən sonra mənzildən iki nəfərin meyiti aşkarlanıb.

Hadisənin səbəbləri indiki mərhələdə məlum deyil.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa