Yasəmən QARAQOYUNLU:Qərbi Azərbaycanlılarla “yerlilərin” savaşı – I Yazı

media-hightechnic-468x90

10751995_10204308036253794_127348148_n Bu yazı Qərbi Azərbaycan haqqında nagıldır. “ Erməni soyqırımı” mifinin yüz illiyinə həsr olunmuşdur.

Hər gün gözlərimi yumub kəndimizdəki evləri, ailələri, başdan ayaga, ayaqdan başa xəyalımda canlandıraraq bir -bir sadalayıram. Bu evdə yaşayanlardan   filankeslər öldü,  o biri evde artıq diri qalan yoxdur…Və sarsılıram. Hər evdən artıq 2-3 nəfər sag qalıb yaşayır. Elə evlər,ailələr də var  ki, hamısı dünyasını dəyişib, tamamilə boşalıb… daim ölüm xəbərləri alıram. Filankəs də öldü, Filankəs dünyasını dəyişdi… Yasdır gəl. Və mən Yas mərasimlərinə getmirəm, bu ölümləri görüb ,Bir  daha Qərbi Azərbaycana qayıtmayacagımıza inanmaq istəmirəm. Çünki bu  şəkildəki ölümlə, bu  yox olma ilə əsla barışmaram , barışmayacam.

Bəs Qərbi Azərbaycana, kəndimizə kimlər qayıdacaq, bəs bizi gözləyən o evlərdə kimlər yaşayacaq,O yollardan kimlər keçəcək. Evlərimizin ocağını kim yenidən yandıracaq… Bütün ölən dogmalarımla bərabər uşaqlığım, gəncliyim xatirələrim ölur. Hər ölənlə əslində mən də ölürəm, hər yox olanla zərrə zərrə mən də yox oluram.. kəndimizdə, hər boşalan ev,hər dünyasını dəyişən insan  Qərbi Azərbaycanda Türk tarixinin bitməsinin, yox olmasının bir   nişanəsidir.

Oyanın Artıq. Qərbi Azərbaycandan  1988-ci ildə Ermənistanın apardıgı axırıncı Etnik təmizləmə və soyqırımdan sonara Azərbaycana sıgınmış əhalinin 80 faizi dünyasını dəyişmişdir. Bu səksən faiz Ermənistan vətəndaşları idi, Ermənistan pasportu daşıyırdı və məhz bu pasportlar yenidən Qərbi Azərbaycana qayıtmaq üçün hüquqi sənəd idi. Məhz bu sənədlə Ermənistanın Qərbi Azərbaycan oldugu isbat edilə bilərdi, məhz bu sənədlə Ermənistana ərazi iddiası irəli sürülə bilərdi,Ermənistan  beynəlxalq məhkəmələrə verilə bilərdi, Qarabag danışıqlarına təsir edilə bilərdi..və s. Sanki hansısa gizli güclər  gözləyir ki, qaçqın qərbi Azərbaycanlılar tez qırılıb qurtarsın ki, bir daha Ermənistana qayıtmaq söhbəti olmasın, əbədi olaraq bu mövzu qapansın. Hələ mən hökümətin Ermənistan pasportunu əhalidən yığıb onları Azərbaycan vətəndaşı etməkdən heç danışmıram. Niyə biz Ermənistan dövlətinin yaşamasına, mövcud olmasına çalışaq?

Niyə bu 20 ildə Qərbi Azərbaycanlılar  siyasi baxımdan təşkilatlanmayıb, niyə onlar Qərbi Azərbaycana qayıtmaq üçün beynəlxalq səviyyədə mübarizə aparmırlar,niyə onlar  Azərbaycanın yox, Ermənistanın vətəndaşları olduqlarını isbat etmirlər, vətəndaş hüquqlarını tələb etmirlər.

Qərbi Azərbaycan probleminin üstündən sükutla keçməkdə məqsəd nədir? Azərbaycanın  Qərbi Azərbaycan Problemindən Ermənistan dövlətinə qarşı təzyiq kimi istifadə etmək avantajı ola ola bundan niyə imtina edir?

Bütün bunlar olsaydı, Qarabag danışıqlarına, müharibənin gedişatına təsir göstərə bilərdi.

Bütün cəmiyyətdə ən aşagı pillədən tutmuş dövlət postlarına qədər 1988-ci ildən indiyə qədər cox gizli bir savaş getmişdir və getməkdədir. Qərbi Azərbaycanlılarla “yerlilərin” savaşı. Və bu savaş bilinc altında bu gun də şəxslərin işə götürülməsində, partiyalarda kadrların təyinində,  toyda,  yasda və s.hər yerdə… öz təsirini hiss etdirməkdədir. Qərbi Azərbaycanlılara qarşı bu nifrətin səbəbi nədir. Axı onlardan yalnız bir faiz hakimiyyətdə təmsil olunur, qalanları da hamı kimidirlər…

Qərbi Azərbaycanlıların, türklərin 100 ildir etnik təmizləmə və soyqırıma məruz qalmasında Ermənistan dövləti nə qədər günahkardırsa,  son 20 ildə Qərbi Azərbaycanlıların səssizcə kütləvi şəkildə ölməsində, Qərbi Azərbaycan probleminin ustundən sükutla keçilməsində, problemin, sanki həll olunmuş kimi göstərilməsində biz də gunahkarıq.

 

Nə hökümətin, nə müxalifətin,nə partiyaların,nə diaspor təşkilatlarının,nə mediya qurumlarının,nə bütövlükdə Azərbaycan cəmiyyətinin Qərbi Azərbaycan problem ilə  baglı heç bir proqramı, fikri,layihəsi yoxdur.  Çünki bu “qadagan olunmuş”, “basdırılmış” , “təhlükəli” mövzudur. Soruşuram, Niyə? Lakin düşmən əllərlə formalaşdırılmış bir “Mif” var. “Yerazçılıq” mifi,  “Qərbi Azərbaycan Klanı” mifi.  Əgər belə bir klan varsada o klan birinci Qərbi Azərbaycanlılara zərbə vurub,ikinci bütövlükdə Azərbaycan cəmiyyətinə, dövlətə zərbə vurub. Bütün klanlar- Ermənistan klanı, Naxçıvan klanı, Qarabag klanı dövlətçiliyə ziddir. Bəs biz nə vaxt klandan millətə çevriləcəyik, bütün torpaqlarımızın,  insanlarımızın bizim olması fikrinə nə vaxt gələcəyik.?

Qərbi Azərbaycan ideyası, elektoratı istismar edilməkdədir. 20 ildir  Qərbi Azərbaycanlıların səsi ilə parlamentə seçilmiş deputatlar var, hakimiyyət postunda oturmuş vəzifə adamları,məmurlar var…(Əgər onların şəcərəsini, nəslini araşdırsaq hələ altından başqa bir şey çıxacaq. Qərbi Azərbaycan türklərini burada gözdən salan bax həmin təbəqə əcaba türkdürmü, yoxsa kürddürmü və ya başqa millətin mənsubudur, bu da  bir müəmmadır. Bəlkə Qərbi Azərbaycanlıların təşkilatlanmasının qarşısını alanlar da bunlardır. Oturub bu barədə duşunməliyik məncə.) bu ideyadan çörək pulu çıxaran alimlər, şairlər var. Qərbi Azərbaycan adı ilə siyasətdə “yer” tutmaq, lider olmaq istəyən insanlar, “agsaqqallar”, “agbirçəklər”, partiyalar, QHT-lər var. Lakin iş yoxdur, iş.

Qərbi Azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaq istəklərinin qarşısı müxtəlif vasitələrlə alınır,təşkilatlar dağıdılır. Niyə ?

Çünki, Qərbi Azərbaycanlılar öz torpaqlarına, Ermənistana qayıtsa Azərbaycanda bir cox partiyalar mövcud olmayacaq, siyasi düzən dəyişəcək, bir cox insanların karyerası bitəcək, vəzifələr, kreslolar əldən çıxacaq…

Qərbi Azərbaycanlılar siyasi bir gücdürmü? Xeyr, deyil. Onlar dağınıq kütlə və sadəcə öz mənafeyini görə bilməyən elektoratdırlar. Amma onları klan kimi cəmiyyətə təqdim edən bir faiz mafioz vəzifə adamları  var. Vəssalam…

 

Yasəmən QARAQOYUNLU

Redaksiyadan: Yazı müəllifin də razılığı əsasında qısa ixtisarla yayımlanıb.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600