Yaşıl çayda “xərçəng” əleyhinə cövhər tapıldı - KƏŞF

media-hightechnic-468x90

Yaşıl çayın tərkibində olan cövhər “xərçəng”in dərmanı imiş.

Yenicag.az bildirir ki, yeni kəşf alimlərə insanın ağciyərlərindəki bütün “xərçəng” qəfəslərini lazerlə məhv etməyə qadir olan nanozərrəciklər yaratmağa imkan verəcək.

Bu haqda “ACS Applied Nano Materials” jurnalında dərc edilmiş məqalədə bəhs edilir.

Böyük Britaniyanın Suonsi universitetinin professoru Sudhaqar Pitçaymutu (Sudhagar Pitchaimuthu) qeyd edib ki, cəmi üç komponent – kadmiy sulfatı, natrium sulfid və çayın cövhərini qarışdıraraq nanozərrəciklər əldə etmək olar. Alimlər tədqiqat nəticəsində bu qarışığın vasitəsilə “xərçəng”in təxminən 80% qəfəsini məhv ediblər.

Belə nəticə, kimyaçılara gələcəkdə “xərçəng” dərmanlarının istehsalı üçün yaşıl çaydan istifadə üçün yolu açır.

Zaur H.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600