Yaşlı qadın evdə köməksiz qaldı

media-hightechnic-468x90

kjkjkjkjGəncənin Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər yaşlı qadın köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə yeddimərtəbəli yaşayış binasının damından 7-ci mərtəbədə yerləşən həmin mənzilin eyvanına enərək içəri daxil olub və giriş qapısını açıblar.

Mənzildə köməksiz vəziyyətdə qalmış yaşlı qadın xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:30-da başa çatıb(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600