Yaşlı süpürgəçini ələ salan MKİS işçiləri CƏZALANDIRILDI 

media-hightechnic-468x90

Paytaxtın Biləcəri qəsəbəsində yaşlı işçilərə qarşı hörmətsizlik edən şəxslər işdən qovulublar.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Yəhya Hüseynov küçəsində qeydə alınan və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan videogörüntülərlə bağlı rəsmi qərar verilib.

Həmin görüntülərdə Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) iki əməkdaşının nümayişkaranə şəkildə yerə tum çırtlayıb tökdüyü, bu zaman isə sahənin iki yaşlı əməkdaşının ərazini təmizləməyə məcbur qaldığı əks olunub. Görüntülər cəmiyyətdə böyük hiddət doğurub.

Məsələ ilə bağlı 113 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilən məlumata görə, işlərində ciddi nöqsana yol verən və etik normaları pozan həmin iki əməkdaş dərhal işdən azad edilib.

Xatırladaq ki, hadisə barədə ilk məlumatı “Baku TV” yayımlamışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05