Yataqxanada dəhşətli qətl törədilib

media-hightechnic-468x90

gfgfhfhBakıda yataqxanada 2 qardaş bir nəfəri vəhşicəsinə döydükdən sonra bıçaqlayıblar.

Hadisə Yasamal rayonunda yerləşən yataqxanaların birində olub.

Belə ki, Bakı şəhər sakinləri, Kənan Mərdanov, Rəşad Abbasov və qardaşı Aslan münaqişə zəminində yataqxanada yaşayan Sabirabad rayon sakini Alim Bəkirovu döyüblər. Daha sonra A.Abbasov A.Bəkirova bıçaqla xəsarət yetirib.

Hadisəni törədən şəxslər qaçıblar. Polis keçirdiyi əməliyyat zamanı Kənan Mərdanov və Rəşad Abbasov tutulub.

Hazırda polis Aslan Abbasovun tutulması istiqamətində əməliyyata başlayıb.

Faktla bağlı araşdırma aparılır(anspress).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa