Yaxın Şərqdə Azərbaycan İZİ: Bakı vasitəçidən regional gücə ÇEVRİLİR

media-hightechnic-468x90

“Suriya Azərbaycanın bir çox sahədə təcrübəsindən istifadə edəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Həşim Səhrablı bildirib.

media-fsrwjcx2x5mirkhd36ph

Politoloq Suriyanın keçici hökumətinin lideri Əhməd Əş-Şaraanın Bakıya səfərini və bu səfərin detallarını şərh edib:

“Əhməd Əl-Şaraanın Bakı səfərini sadəcə ikili münasibətlər kontekstində dəyərləndirmək bizi yanlışlığa sürükləmiş olar. Bu, həm də gələcək beynəlxalq əlaqələrin də başlanğıcına çevrilə bilər. Yadınızdadırsa, prezidentlərin görüşündə bu məsələyə də toxunulmuşdu. İlkin mərhələdə Türkiyə-Suriya əlaqələrinin inkişafı məsələsinə də müəyyən qədər toxunulmuşdu. Bu da ondan xəbər verir ki, artıq Azərbaycan-Suriya əlaqələri təkcə iki dövlət prizmasında davam etməyəcək, bu həm də ilkin mərhələdə yaxın şərqi əhatə edəcək. Bu da Azərbaycanın zamanla yaxın şərq siyasətində də aktiv oyunçu olmasına qədər irəliləyəcək potensialından xəbər verir. Azərbaycan an etibarilə həm Türkiyə-İsrail rəsmilərinin görüşünə ev sahibliyi etməsi, həm də iki gün öncəki Suriya-İsrail rəsmilərinin görüşünə ev sahibliyi etməsi ilə bu siyasi addımların təməlini atmış olur. Zamanla Azərbaycan artıq yaxın şərq siyasəti üzərindən dünyada diplomatiya mərkəzinə çevrilməyi hədəfləyir”.

Politoloq söhbətində Azərbaycan-Suriya əlaqələrinə də toxunub:

“Azərbaycan-Suriya məsələsinə isə mən 4 əsas aspektdən yanaşmaq istərdim: birincisi, enerji məsələsidir. Suriyada Bəəs rejiminin səbəb olduğu fəlakətlər və Suriyanı sürüklədiyi vətəndaş müharibəsində özü neft və qaz ölkəsi olan ölkə elə bir vəziyyətə düşdü ki, enerji baxımından xarici dövlətlərdən asılı vəziyyətdə qaldı. Suriya tərəfi beynəlxalq sanksiyalar altında indi belə özünü enerji ehtiyatlarını tam təmin edə bilmir. Azərbaycan isə bu baxımdan Suriyaya yardım göstərə bilər. İkinci məsələ isə terrorla mübarizədir. Azərbaycanın işğal altındakı torpaqlarında vaxtilə separatizm hökm sürürdü, indi isə Suriyada bənzər vəziyyət yaranıb. Düşünürəm ki, Suriya terrorla, separatizmlə mübarizədə bizim təcrübəmizi öyrənəcək. Azərbaycan separatizmə son qoymuş bir ölkə olduğu üçün bizim belə bir peşəkar təcrübəmiz var”.

“Azərbaycan Suriyaya yenidənqurma məsələsində də yardımlarını göstərəcək və Suriya əvvəllər Qarabağın işğal altındakı vəziyyətinə düşdüyü durumdan çıxmaq üçün Azərbaycanın infrastruktur yenidənqurması təcrübəsindən yararlanacaq. Son olaraq isə Suriya beynəlxalq münasibətlər məsələsində Azərbaycanın yardımlarından istifadə edəcək”, – deyə o, fikirlərini tamamlayıb.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600